İndoneziya mediası 10 milyonuncu sakinimizdən yazdı

İndoneziyanın ingiliscə nəşr edilən nüfuzlu “The Jakarta Post” qəzeti Azərbaycanın 10 milyonuncu sakininin dünya gəlməsi barədə xüsusi məqalə dərc edib.

Kult.az xəbər verir ki, məqalə “Həftənin söhbəti: Azərbaycan 10 milyon klubuna daxil oldu” adlanır. Bildirilir ki, aprelin 6-da Bakıda dünyaya gələn Mehriban Həsənova Azərbaycanın 10 milyonuncu vətəndaşı olub.

Məqalədə bu xəbərin ölkə əhalisi tərəfindən böyük sevinclə qarşılandığı və Azərbaycanın 10 milyon əhalisi olan ölkələr klubuna daxil olması ilə əlaqədar hər yerdə bayram tədbirlərinin keçirildiyi vurğulanır.

Müstəqil.Az

 

Share: