İmran Xana qarşı sui-qəsd cəhdi — Yaralılar var

Pakistanın keçmiş Baş naziri İmran Xanın tərəfdarlarının yürüşü atəşə tutulub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, insident nəticəsində İmran Xan ayağından yaralanıb. 

Bununla yanaşı, İmran Xanın “Tehrik-i İnsaf” partiyasından daha 5 nəfər də yaralanıb.

Atəş açan şəxsin saxlanıldığı bildirilir. Ölkə mediasında həmin şəxsin fotosu yayılıb.


Share: