İmran Xan seçkilərdə iştirak edə bilər

İmran Xan seçkilərdə iştirak edə bilər

İslamabad Ali Məhkəməsində keçmiş Baş nazir İmran Xanın seçki komissiyası tərəfindən haqqında verilən siyasətə qadağa qoyulması qərarına etirazı ilə bağlı dinləmə keçirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə Xanın gələcək seçkilərdə iştirakına heç bir maneə olmadığını açıqlayıb.

Belə ki, Xanın vəkili Əli Zəfər məhkəmədən Seçki Komissiyasının qərarının icrasının dayandırılmasını istəyib.

İslamabad Ali Məhkəməsinin sədri Athar Minallah Seçki Komissiyasının təfərrüatlı qərarının onlara çatmadığını bildirərək bu tələbi rədd edib.

Minallah onu da qeyd edib ki, Xan seçkilərdə iştirak edə bilər və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Pakistan Seçki Komissiyası oktyabrın 21-də İmran Xanın Baş nazir olarkən aldığı hədiyyələrin təfərrüatlarını açıqlamadığı üçün ona siyasətə qarışmağı qadağa qoyub. Pakistanın ədliyyə və hüquq naziri Əzəm Nazir Tarar Xanın 5 il müddətinə siyasətdən uzaqlaşdırıldığını açıqlayıb. İmran Xanın vəkili Zafer bildirib ki, oktyabrın 22-də Seçki Komissiyasının qərarından İslamabad Ali Məhkəməsinə müraciət ediblər.


Share: