İmişlidə səyyar qəbullar keçirildi

 İmişli RİH başçısı Elçin Rzayev tərəfindən cari ilin aprel ayında təsdiq olunmuş qrafikə uyğun olaraq rayonun Qaraqaşlı, Mürsəlli, Ağamalılar, Boşçalılar, Məmmədli və Əlyetməzli kənd sakinləri ilə yerlərdə səyyar görüşlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qəbullar zamanı icra başçısı çıxış edərək səyyar görüşlərin əsas məqsədi barədə məlumat verib.

O bildirib ki, belə görüşlərin məqsədi yaşayış məntəqələrində olan mövcud vəziyyəti öyrənmək, vətəndaşları narahat edən qayğıları dinləmək ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaqdır.

Sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilib. 


Share: