İlqar Yusifov: “Təhsil inkişafa gedən yoldur”

Təhsil inkişafa gedən yollardan biridir.
Hər bir xalqın inkişafı dövlətin təhsil siyasətində tutdugu strateji xəttdən, təhsilə olan qayğısından və bu sahədə dövlət proqramlarının həyata keçirilməsindən çox aslıdır.Xalqın elmə və biliyə nail olmasında, normal cəmiyyətin formalaşmasında təhsil xüsusi yer tutur.Məhz bu səbəbdən, təhsilin inkişafı bütün dövlətlər üçün daim prioritet məsələ olaraq qalır.Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, təhsilin keyfiyyət göstəricilərinin artırılması üçün atılan addımlar, bizə gələcəyə nikbin baxmaga zəmin verir.Təhsilin inkişafı üzrə Dövlət strategiyasında ölkənin ümumtəhsil müəssisələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması, ixtisaslaşmış pedaqoji kadr təminatı və təhsil xidmətlərinin müasir tələblər səviyyəsində qurulması öz əksini tapmışdır.Son illər Ali təhsil müəssisələri ilə bərabər orta-ixtisas və peşə-ixtisas təhsil müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, yeni, müasir və modern təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsi davam etdirilir. Regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsi və əhalinin böyük hissəsinin məşğulluğuna çevrilməsi bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasını labüd edir. Orta ixtisas təhsil müəssisələrinə marağın artması, kənd təsərrüfatı mütəxəssislərinə olan tələbin yüksəlməsi, gənclərin bu sahəyə üstünlük verməsi baxımından nəzərəçarpacaq dərəcədə artımla müşahidə olunur. Respublikada fəaliyyət göstərən və özünəməxsus yeri ilə seçilən orta-ixtisas təhsil müəssisələrindən biri də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecidir.Təhsil Nazirliyinin balansında olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il qərarına əsasən Göyçay Kənd Təsərrüfatı Mexanikləşdirməsi və Elektirikləşdirilməsi Texnikomunun bazasında yaradılmış bu təhsil ocağında hal-hazırda 11 ixtisas üzrə 52 qrup fəaliyyət göstərir.Kollec 4 mərtəbədən, əksəriyyəti komputerlərlə təmin olunmuş sinif və fənn otaqlarından, böyük akt və konfrans zalından, 25 mindən yuxarı kitab fonduna malik kitabxanadan, idman zalından, yeməkxanadan və s ibarətdir.Kollecdə direktor İrşad Abbasovun rəhbərliyi altında peşəkarlığı ilə seçilən yaşlı və gənclərin sintezindən ibarət təcrübəli müəllim heyəti fəaliyyət göstərir. Respublikamızın 20-dən yuxarı şəhər və rayonlarını təmsil edən və ümumilikdə 1200 yaxın tələbə yeni ixtisaslara yiyələnmək üçün bu ocağda təhsil alır. Təhsilin keyfiyyətini yüksəltmək, yeni metodik üsullarla tələbələrin bilik və bacarıgını artırmaq məqsədilə yeni layihələr hazırlanır və uğurla həyata keçirilir.Tələbələrdə vətənpərvərlik hisslərinin aşılanması, dövlətçilik ruhunda tərbiyə edilməsi məqsədi ilə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimiz hər zaman böyük ehtiramla ziyarət edilir, onların keçdiyi döyüş yolu haqqında məlumat verilir. Qarabağ döyüşlərində iştirak edən qazilərimizlə keçirilən görüşlər kollecimizin unudulmaz tarixi günlərindəndir.Mütəmadi olaraq keçirilən konfranslarda, tariximizi özündə əks etdirən faktlar və həqiqətlər müzakirə edilir, mətbuat vasitəsilə işıqlandırılır.Tələbələr konfranslarda və seminarlarda iştirak edir, bu təcrübələrdən faydalanır.Könüllülük əsasında təhsil ocağında və ondan kənarda fəaliyyət göstərən xüsusi kurslarda yeni biliklərə də sahib olurlar.Kollecin tərkibində idman növləri üzrə komandalar formalaşdırılır və yarışlara cəlb olunurlar. Yeni dərs mövsümündə 120 nəfərlik tələbə yataqxanasının əsaslı təmir edilərək istifadəyə verilməsi gözlənilir. Əziz gənclərimiz gəlin gələcəyimizi bir yerdə quraq.Təhsil alaq dövlətimizi işıqlı gələcəyə aparaq. Bu işdə hər birinizə uğurlar.
 
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi İlqar Yusifov.
Share: