İlon Maskın cinsiyyətini dəyişən oğlu ilk dəfə görüntüləndi — Fotolar

“Tesla” və “SpaceX”in qurucusu İlon Maskın bu yay özünü transgender elan edən və cinsiyyətini dəyişən oğlu Kaliforniyada alış-veriş edərkən paparazzilərin obyektivinə tuş gəlib.

“Qafqazinfo” xəbər verir ki, fotolar Daily Mail-də yayımlanıb.

İlon Maskın oğlu Vivian Cenna Uilson (indi belə adlanır) Santa Monikada rəfiqəsi ilə alış-veriş edərkən görüntülənib.

Qeyd edək ki, 2022-ci ildə İlon Maskın 18 yaşlı oğlu Xavier özünü transgender elan edib, cinsini qadına dəyişib. Həmçinin məşhur atasının soyadından imtina edərək Vivian adını və anasının soyadını – Uilson alıb.

“Mən artıq bioloji atamla heç bir əlaqəmin olmasını istəmirəm”, – Vivian məhkəmədə deyib.


Share: