İlon Mask “Twitter”in yeni səhmlərini satmaq istəyir: Danışıqlar aparılır

Milyarder İlon Maskın komandası şirkətin yeni səhmlərini satmağı düşünür.

Mask bu yolla “Twitter” şəbəkəsinin borcunu ödəməyi və 3 milyard dollar məbləğində maliyyə vəsaiti cəlb etməyi nəzərdə tutur.  

Dekabr ayında sahibkarın nümayəndələri artıq investorlarla danışıqlar aparıblar. Onlar alınan vəsaitlə ən bahalı kreditlərin ödənəcəyini bildiriblər.

Mənbə: MK.ru

Share: