İlkin tibbi yardım çantasında nələr olmalıdır?

2000-ci ildən etibarən hər il sentyabrın ikinci şənbəsi Ümumdünya İlk Tibbi Yardım Günü kimi qeyd olunur. İlkin tibbi yardımın məqsədi zərərçəkənin həyatını xilas etməklə yanaşı, ilkin tibbi tədbirlər görməklə onun ağrılarını azaltmaq və mümkün ağırlaşmaların qarşısını almaqdır. 

“Qafqazinfo” xəbər verir ki, TƏBİB-in məlumatına görə, ilkin tibbi yardım çantasında bu dərmanlar olmalıdır:

Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vasitələr:

– Analgin (yaxud əvəzedici),

– Portativ hipotermik (soyuducu) paket-konteyner,

– Natrium sulfasil məhlulu,

– Aspirin.

Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vasitələr:

– Özünə və qarşılıqlı yardım məqsədilə arterial qanaxmanı saxlamaq üçün tənzimlənən (təzyiqli) jqut,

– Steril və qeyri-steril bint,

– Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı sarğı,

– Steril tibbi sarğı paketi,

– Leykoplastr, bakterisid leykoplastr,

– Spirtdə 5 faizli yodun, yaxud 1%-li brilyant abısının məhlulu və s.

Ürək ağrılarına qarşı vasitələr:

– Nitroqliserin həbləri, yaxud kapsulası (trinitrolonq).

Ürəkgetməyə qarşı vasitə:

– Ammiak məhlulu (naşatır spirti).

Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vasitələr:

– Aktivləşdirilmiş kömür.

Qayçı (kütuclu).

Birdəfəlik istifadə üçün qeyri-steril tibbi əlcək.

İlk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası.


Share: