İlkay Gündoğan “Milan”da?

“Milan” “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğanı transfer etmək üçün danışıqlarda fəal iştirak edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu ilə klub arasında danışıqlar inkişaf mərhələsindədir.

Bildirilib ki, İtaliya təmsilçisi türkəsilli almaniyalı yarımmüdafiəçinin transferində uğur qazanacağına şübhə etmir.

32 yaşlı oyunçu ilə “Barselona” da maraqlanır.

İyunun 10-da İstanbulda keçiriləcək Çempionlar Liqasının finalından sonra futbolçunun özü gələcək karyerası ilə bağlı qərar verməyə hazır olacaq.

Qeyd edək ki, İ.Gündoğan son 7 mövsümü “Mançester Siti”də keçirib. Onun İngiltərə klubu ilə müqaviləsi iyunun 30-u başa çatır.


Share: