İlk özəl İspan raketi kosmosa çatmadı

İspaniyanın özəl kosmik şirkəti “PLD Space” təkrar istifadə oluna bilən suborbital “Miura 1” raketinin buraxılışını həyata keçirib.

Buraxılış özəl İspan raketinin ilk sınağı olub.

“Miura 1” havada 308 saniyə keçirib, 46 metr yüksəkliyə qalxıb və Atlantik okeanına düşüb.

Uçuşdan öncə planlaşdırılan hündürlük 80 kilometr olub ki, bu da ABŞ Hərbi Hava Qüvvələrinə görə kosmosun sərhəddidir. Raket bu hədəfə çatmasa da, buraxılış uğurlu elan edilib.

Mənbə: mk.ru

Share: