İlk dəfə qızının şəklini paylaşıb qadınları təbrik etdi

Bu ilin fevralında ikinci dəfə ana olan türkiyəli aktrisa Hazal Kaya qadınları 8 Mart bayramı münasibətilə fərqli şəkildə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, sosial media hesabında qızı Sürəyya Leyla ilə çəkdirdiyi şəklini paylaşan Kaya bu sözləri əlavə edib: “Mən balaca olanda valideynlərim yürüş üçün bənövşəyi lentdən yaxa sancaqları düzəldirdilər, mən də kömək edirdim. Həmin yürüşlər nəticəsində nələri əldə edə biləcəyimizin şahidi olaraq böyümüşəm. İndi yaxa sancağım Sürəyyama görə bu gecə yürüşə (Türkiyədə qadınların 8 Martda keçirdiyi yürüş – red.)  qatıla bilmirəm. Ürəyim, ağlım, ümidim sizinlədir. Qadınlar gününüz mübarək!”

Qeyd edək ki, Hazal Kaya həmkarı Ali Atay ilə 2019-cu ildə ailə həyatı qurub. Cütlüyün Fikrət Əli adlı bir oğulları da var.

Həmçinin oxuyun: Kapital Bank добавил функцию оплаты в рассрочку в свою услугу Mobile POS



Share: