İlk dəfə Afrika Millətlər Çempionatının qalibi oldular

Afrika Millətlər Çempionatının qalibi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, həlledici oyunda turnirə ev sahibliyi edən Əlcəzair ilə Seneqal yığmaları üz-üzə gəlib.

Matçın əsas və əlavə vaxtı qolsuz bitib. Penaltilər seriyasında daha dəqiq olan (5:4) Seneqal yığması ilk dəfə bu turnirin qalibi olub. 

Xatırladaq ki, bir gün öncə keçirilən 3-cü yer uğrunda oyunda Madaqaskar yığması Nigeri 1:0 hesabıyla məğlub etmişdi.

Qeyd edək ki, Afrika Millətlər Kubokundan fərqli olaraq, bu turnirdə yalnız ölkələrin daxili çempionatlarının oyunçularından ibarət komandalar çıxış edə bilər. Yəni xaricdə oynayan futbolçuların iştirakına icazə verilmir. Son 2 turnirin (2018 və 2020) qalibi Mərakeş millisi olub.


Share: