İlin sonunda Britaniya əsginaslarında Kral III Çarlzın təsviri olacaq

Böyük Britaniyada yeni funt sterlinq əsginasları ilin sonunadək təqdim olunacaq.

2024-cü ilin ortalarında Britaniya Kralı III Çarlzın təsviri olan əsginaslar dövriyyəyə buraxılacaq.

Bu barədə İngiltərə Bankının bəyanatında bildirilib.

Yeni kralın portreti bütün dörd polimer əsginasda (£5, £10, £20 və £50) əks olunacaq. Bu, hazırkı polimer seriyasının davamı olacaq və əsginasların dizaynında əlavə dəyişiklik edilməyəcək.

“Monarx dəyişikliyinin ekoloji və maliyyə təsirlərini minimuma endirmək məqsədilə ülyahəzrət kraliça II Elizabetin təsviri olan əsginasların hazırkı ehtiyatının dövriyyəsi davam edəcək”, – deyə məlumatda qeyd edilib.

Yeni əsginaslar yalnız köhnəlmiş pul nişanlarını əvəz etmək və əsginaslara olan tələbatın ümumi artımını ödəmək üçün çap olunacaq.

Mənbə: Yevropeyskaya pravda

Share: