İlin sonunadək Türkiyə ilə Ermənistan arasında hava yolu ilə yükdaşımalar başlayacaq

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin davam etdiyi bir vaxtda hava yolu ilə yükdaşımanın başlanması üçün işlər başa çatıb. İki ölkə arasında uçuşlar 2022-ci il bitmədən başlayacaq.

Artıq Ermənistana Türkiyə məhsulları Gürcüstan üzərindən deyil, birbaşa göndəriləcək.

Üzərində çalışılan digər məsələ isə Alican sərhəd-buraxılış məntəqəsinin açılması və üçüncü ölkə vətəndaşlarının ölkələrin ərazisindən keçərək səyahət etməsinə icazə verilməsidir.

Lakin yolun üzərində 128 metr uzunluğunda körpü var. Təhlükəsiz keçid üçün bu körpünün təmirə ehtiyacı olduğu bildirilir. Mövzu ilə bağlı bir neçə həftə əvvəl ekspertlər səviyyəsində görüş keçirilib. Lakin bölgədə qışın sərt keçməsi ilə əlaqədar bununla bağlı konkret addımların hələ bir qədər vaxt aparacağı gözlənilir.

Mənbə: Hürriyet

Share: