İlham Zəkiyev növbəti qızıl medalını qazandı — Fotolar

Milli Paralimpiya Komitəsinin paracüdo idman növü üzrə milli komandasının üzvü İlham Zəkiyev (+90 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb.

“Qafqazinfo” xəbər verir ki, millimizin digər üzvləri Zakir Mislimov (-90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medala sahib olublar. Namiq Abasov və İsmayıl Muradov iki bürünc medal qazanıblar.

Beləliklə millimiz bir qızıl və beş bürünc olmaqla, ümumilikdə altı medalla Avropa çempionatını tamamlayıb.


Share: