İlham Əliyevdən Latviyanın yeni seçilmiş Prezidentinə təbrik

Prezident İlham Əliyev Latviyanın yeni seçilmiş Prezidenti Edqars Rinkeviçsə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, təbrikdə dyilir:

“Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Latviya münasibətlərinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcək, strateji tərəfdaşlığımız və səmərəli əməkdaşlığımız daha da genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.


Share: