“Qərbin QHT hesabatlarına əsaslanıb suveren dövlətə hərbi zərbələr endirəcəyi gün uzaqda deyil…”

Soros və onun əlaltıları işi buna aparıb çıxarmaq istəyirlər ki, hansı dövlətin yararsız elan edilməsi barədə kriteriyaları özləri müəyyən etsinlər.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Düşənbədə KTMT ölkələrinin təhlükəsizlik şuraları katiblərinin toplantısında iştirak edərkən “Arqumenti i Faktı” nəşrinə müsahibəsində deyib.

 

 

 

“Soros Fondu öz layihələrini dayandırmağı heç düşünmürlər də. Bundan əlavə, onları sistem əsasına qoymağa hazırlaşırlar. Soros və onun əlaltıları işi buna aparıb çıxarmaq istəyirlər ki, hansı dövlətin yararsız elan edilməsi barədə kriteriyaları özləri müəyyən etsinlər. Hesab edirəm ki, artıq Qərbin QHT hesabatlarında yer alan tövsiyələrə əsaslanaraq suveren dövlətə qarşı sanksiyalar tətbiq edəcəyi və hətta hərbi zərbələr endirəcəyi gün uzaqda deyil. Buna bənzərini biz Suriyada gördük, hansı ki, “Ağ dəbilqəlilər”in hesabatı əsasında raket zərbələri endirdilər. Bu cür qanunsuzluğa yol verməmək hazırda xaricdən verilən göstərişlərlə yaşamağa hazır olmayan suveren dövlətlər üçün əsas vəzifələrdən biridir”,-Nikolay Patruşev deyib.

Müstəqil.Az

Share: