İldırım çaxması zamanı elektrik naqilləri və mobil telefondan uzaq durun…OXUYUN

“İldırım çaxması zamanı  elektrik naqillərinə yaxın olmaq, mobil telefondan istifadə etmək qəti qadağandır”
Son illərdə ildırım vurması hadisəsi nəticəsində bir neçə adam həyatını itirib. Amma düşünsək görürik ki, əvvəllki illərdə ildırım vurması hadisələrinə o qədər də rast gəlinmir. Bəs insanlarımız belə hallar baş verdikdə həyatlarını itirməmək üçün hansı tədbirləri görməlidirlər?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Moderator.az-a açıqlamasında bildirdi ki, belə hallarda insanlarımız elektrik naqillərinin keçdiyi yerlərdən uzaq olmalı və mobil telEfondan uzaq olmalıdırlar:
“Məsələ bundadır ki, hardasa ildırım vurma təhlükəsi var orda bu təhlükədən tam siğortalanmaq mümkün deyil. Amma imkan daxilində ildırım vurması elektrik naqillərinin keçdiyi yerlərdə daha təhlükəlidir. İnsan özü də keçiricilik yarada bilər.  Sadəcə olaraq radioxətlər, ağaclar və müxtəlif elektrik lövhələri ildırım üçün çəkici rol oynaya bilər. Adətən bu vəziyyətdə həmin yerdə qalmamaq məsləhətdir. Ərazidə ildırım vurma təhlükəsi varsa, insan açıq sahədədirsə və gizlənməyə yer yoxdursa, o zaman oturaq vəziyyətdə olmalıdır. Ayaq üstə olması onun həyatı üçün təhlükəlidir. İldırım vurma hadisəsi ilə bağlı dünyanın inkişaf etmiş bir çox ölkələrində insanlar əziyyət çəkirlər. Bununçün ancaq müəyyən tədbirlər var ki, onları həyata keçirmək lazımdır. Bu hadisənin situatsiyasından asılıdır və buna uyğun addımlar atılmalıdır. İldırım çaxması zamanı  elektrik naqillərinə yaxın olmaq, mobil telefondan istifadə etmək qəti qadağandır. Mobil telefonlar radioqəbuledicilərdir və belə hadisələr zamanı onlar söndürülərək kənara qoyulmalıdır”.

Share: