İldə 110 milyon avro ilə…

25 yaşa qədər ən çox maaş alan idmançıların siyahısı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bunu “Forbes” jurnalı tərtib edib. 

Jurnalın hesablamasına əsasən, birinci sırada PSJ-nin futbolçusu Kilian Mbappe qərarlaşıb. Məlum olub ki, o, ildə 110 milyon avro qazanır.

Sonrakı sıralarda Kayler Mörrey (“Arizona Kardinals”) 64 milyon avro və Maks Ferstappen (Formula 1) 58 milyon avro ilə yer alıb. 


Share: