İlan robot həyat xilas edəcək – MARAQLI…

ABŞ-dakı Stanford Universitetində bir qrup tədqiqatçı, zəlzələ kimi fəlakət anlarında dağıntı içərisində qalanlara kömək etmək üçün ilana bənzər bir robot hazırladılar.
Bir axtarış-xilasetmə vasitəsi kimi çalışacaq olan robot, kiçik aydınlıqlar içində gedəcək və normalda çatılması mümkün olmayan yerlərə girəcək.
Müstəqil.Az Moderator.az-a istinadən bildirir ki, robotun hazırlanmasında əsl məqsəd zəlzələ kimi vəziyyətlərdə zərərçəkənləri su və qida ilə təmin etməkdir.
Robot 100 kiloqramlıq ağırlığı yerindən qaldıra bilir. Fəlakət hallarında olduqca faydalı olacağı düşünülən ilan robotun hələlik ucuz plastikdən istehsal edildiyi bildirilib. Sonrakı mərhələdə isə “kevlar” adı verilən, çox yüngül karbon mənşəli möhkəm liflərdən ibarət olan bir materialdan yeni bir model hazırlanacağı ifadə edilib.

Share: