“İkinci Sumqayıt kitab sərgisi” başlayır

Dekabrın 23-24-25-də Azərbaycan Nəşriyyatları Assosiasiyası, Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə “İkinci Sumqayıt kitab sərgisi” açılacaq.

Kulis.az xəbər verir ki, Nəşriyyatlar Assosiasiyasından ikinci sərginin daha möhtəşəm proqram və çoxçeşidli kitabların təqdimatı ilə seçiləcəyi bildirilib.

Ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə keçiriləcək sərgidə kitabsevərlərə 90 faizədək endirimlər tətbiq olunacaq.

Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və ustad dərsləri keçiriləcək.

Share: