“İki xalqın səsi”-Doğma Dərbənddə yazıb yaradan Zeynəb Dərbəndlinin yeni kitabı çap olundu….

Müstəqil.Az bildirir ki, İki Xalqın Səsi, Iki xalqın nəğməkar qızı, Dağıstan Respublikasının xalq artisti, Dağıstanın bülbülü Dürriyyə xanım Rəhimovaya həsr olunmuş  “Iki xalqın səsi” adlı publisist kitab işıq üzü görüb.
Kitabın müəllifi nəğməkar şair, Rusiya, Azərbaycan Yazıçılar birliyinin ,İraq- Türkmən Ədəbiyyatçılar birliyinin üzvü, Dərbənd Gülüstan Beynəlxalq Ədəbiyyatçılar təşkilatının fəal üzvü və sədri, Türkiyə İlessam Birliyinin üzvü, Azad qələm qəzətinin Dərbənd üzrə müxbiri Zeynəb Dərbəndlidir.
 Zeynəb Dərbəndli Müstəqil.Az-a verdiyi müsahibədə bu kitabın ərsəyə gəlməsində böyük əməyi olan,Öz işinə can qoyan,ürək qoyan “Azad qələm” qəzetinin baş redaktoru, gözəl şair,jurnalist,əziz və dəyərli ustadı Nəcibə Ilkinə xüsusi təşəkkürlərini bildirib.
O, Dəyərli və unudulmaz sənətkar, iki xalqın səhnəsinin ürəyi, İki xalqın dostluq körpüsü, Azərbaycan və Ləzgi xalq mahnılarının əvəzsiz, mahir ifaçısı, gözəl aktrisa Düriyyə xanımın 90 illik yubileyi xatirəsinə həsr olunmuş bu kitabın onun ruhuna ən böyük hədiyyə olacağına ürəkdən inandığını bildirib.
Həm kitabın müəllifi və ərsəyə gəlməsində zəhməti olan insanların adından, həm də Düriyyə xanımın doğmaları adından və bütün Düriyyə sevənlər adından dəyərli sənətkarımıza Ruhun şad olsun, deyirik.
Zeynəb Dərbəndlinin ölməz sənətkarın ruhuna və xatirəsinə hədiyyə etdiyi bu kitabın ona uğur gətirməsini arzu edirik.

 

Müstəqil.Az

Aysel Səfərli

Share: