İki Rusiya raketi Polşa ərazisinə düşdü — Ölənlər var

Rusiyanın atdığı 2 raket Polşa ərazisinə düşüb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, raketlərin taxıl qurutma maşınlarına dəyməsi nəticəsində iki nəfər həlak olub.

Qeyd edək ki, Polşanın Baş naziri Mateuş Moravetski təcili olaraq Nazirlər Şurasının Milli Təhlükəsizlik və Müdafiə Komitəsini çağırıb. Hökumət sözçüsü Piotr Müller komitə iclasından sonra ətraflı məlumat veriləcəyini deyib.


Share: