İki məktəbli xəstəyə yardım məqsədilə evlərdən pul yığarkən görüntüləndi…

Həqiqət budur… Acı olsa belə reallıq budur, Elinanı qoruya bilmədik.

Bu gun nə yazsan belə onu geriyə qaytara bilmərik. Bəs nə edək, susaqmı? Yeni qurbanları gözləyək?
Məncə yeni yox, qoruya bilmədiyimiz Elinanın ruhunun sakitləşməyi naminə ola biləcək yeni qurbanları qoruyaq.
Redaksiyamıza bir video gondərilib, son hadisələr fonunda bizi düşündürəcək bir video çəkiliş…
Əslində bu video ümumiyyətlə bu tip videoların çəkilişinin ve paylaşımının əleyhinə olsaq da amma problemin üstünü örtməklə məsələ həll olunmur, əksinə sonu daha böyük faciəyə yol açır .

Videoda iki məktəbli insanlardan xəstəyə kömək etmək adı ilə pil yığır. Kimsə soruşa bilər, Bəlkə ehtiyacı var, amma, videoya baxanda aydın olur ki, əslində söhbət məktəb yaşlı uşaqların istismarından gedir.

Kimlərsə onlardan istifadə edir, ortada xəstə varmı, yoxmu bilinmir…

Ortada olan isə xəstə mühitdir və bir də bu xəstə mühitin qurbanları ….

Redaksiya olaraq bu hadisəni sizin diqqətinizə çatdırıb demək istədik ki, belə hallara biganə olmayın.

Eh deyib yanınızdan keçdiyiniz bu məktəblilər sabah intihar edərsə yazacağımız yazılar boş təsəlli olacaq.

Görəsən videoda adı çəkilən  Xocasən kəndi Şəhid Zakir Məmmədov adına 103 saylı məktəbin rəhbərliyinin məlumatı varmı və bu barədə nə düşünür ?

Müstəqil.AZ

Məktəblilərin psixologiyasını nəzərə alaraq video görüntüləri qapalı şəkildə təqdim edirik:

Share: