İki ət kəsimi məntəqəsində yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb

27 mart tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz rayonunda bir sıra nöqsanlar aşkar olunub. 

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 16 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, iki məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Share: