İctimai Şuranın üzvləri Binəqədidə millət vəkili Azay Quliyevlə görüşüblər

İctimai Şuranın üzvləri Binəqədidə millət vəkili Azay Quliyevlə görüşüblər

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin mütəmadi olaraq əhali, eləcə də dövlət qurumları nümayəndələri və millət vəkilləri ilə görüşləri keçirilir. Bu gün növbəti belə görüş deputat Azay Quliyevlə Azadlıq prospekti 184 ünvanında yerləşən deputat ofisində baş tutub.

Görüş zamanı İctimai Şuranın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, üzvlərin təklif və təşəbbüsləri dinlənilib.
İctimai Şuranın üzvləri onları narahat edən məsələləri deputatın diqqətinə çatdırıblar. Qaldırılan məsələlərin aidiyyəti qurumlarla birgə araşdırılaraq həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib.

532
Share: