İçməli suyun verilməsində problem yaranıb?

Qarlı hava şəraiti ilə bağlı paytaxt və regionlarda müxtəlif problemlər yaşanıb. Əhali daha çox yollardakı vəziyyətdən və nəqliyyatla bağlı yaranan çətinlikdən şikayət edir.

Bəs kommunal sahələrdə əhaliyə göstərilən xidmətlərlə bağlı vəziyyət necədir? Bununla bağlı qurumlara sorğu ünvanladıq. 

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumun “955” zəng mərkəzinə su borusunun və yaxud sayğacların donması ilə bağlı heç bir müraciət daxil olmayıb:

“Operativ idarəetmə şöbəsindən verilən məlumata görə, hazırda həm Bakı şəhərində və Abşeron yarımadasında, həm də regionlarda bütün mənbələrdən lazımi həcmdə su götürülür və abonentlər dayanıqlı içməli su ilə təmin olunurlar. “Azərsu” qarlı günlərdə gücləndirilmiş iş rejimində çalışır. Hər hansı bir qəza və yaxud problem yaranarsa, onun qısa müddətdə və operativ aradan qaldırılması ilə bağlı tədbirlər görüləcək”.

Könül Cəfərli

Share: