Hündürlükdən yıxılan uşağı belə xilas etdi — Video

Çində yerli sakin hündürlükdən yıxılan uşağı əlləri ilə tutub. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Quandun əyalətində baş verib. 

Məlumata görə, uşaq pəncərədən yıxılan zaman qışqırıb. Bu zaman maşına əyləşmək istəyən çinli onun səsini eşidib və qaçaraq azyaşlını xilas edib.

Uşaq xəsarət almasa da, onu xilas edən şəxsin əzələsi dartılıb.


Share: