Honq-Konqda göyərçinləri yemləyənlər ağır pul cəriməsi ilə cəzalandırılacaqlar

Honq-Konqun Qanunvericilik Şurası göyərçinlərin qidalandıran şəxslərə tətbiq olunan cərimələrin artırılmasını nəzərdə tutan qanun layihəsinə baxacaq.

Qeyd olunur ki, təklif qəbul edilsə göyərçin və vəhşi heyvanları yemləyənləri 100 min Honkonq Konq dollarına (təxminən 12 min dollara qədər) qədər cərimə gözləyə bilər.

Sənədin izahatına görə, qida tullantıları vəhşi təbiət heyvanlarının küçələrdə çoxalmasına gətirib çıxarır və bu ictimai sağlamlıq və təhlükəsizliyə zərərdir.

Honq-Konqda vəhşi heyvanların qidalanmasına qoyulan qadağa keçən il dekabrın 31-də qüvvəyə minib.

Bu, çöl donuzlarının sayının kəskin artması və sakinlərin və turistlərin xəsarət alması ilə nəticələnən hadisələrin sayının artması ilə əlaqədar tətbiq edilib.

Qeyd olunur ki, oxşar cəzalar artıq dünyanın digər şəhərlərində də tətbiq olunur.

Mənbə: TASS

Share: