Hizbullahın baş katibi: “Mən İranın dostuyam, İsrailin…”

“İsrailə qarşı Livan ordusunu hava müdafiə sistemləri ilə təmin etməyə hazıram”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Hizbullahın baş katibi Həsən Nəsrallah deyib.

İran inqilabının 40-cı ildönümündə Beyrutda keçirilən tədbirdə çıxış edən Hizbullah baş katibi elan edib ki, İran fərqli sahələrdə Livana yardım etməyə hazırdır:

“Orada bizdən bir şey istəməyən böyük və səmimi dost var. Mən İranın dostuyam və İsrailin hərbi təyyarələrinə qarşı Livan ordusunu hava müdafiə sistemləri ilə təmin etməyə hazıram. Hətta Livan ordusunu regionun ən güclü ordusu etmək üçün ehtiyac duyduğu hər təchizatla təmin edə bilərik. Bunun üçün İrana da getməyə hazıram”.

Share: