“Hinge and Bracket”in ulduzu vəfat etdi

“Hinge and Bracket” komediya və musiqi şousunun iştirakçısı, şoumen Corc Loqan 78 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Loqanın ölümünü ailəsi bazar günü təsdiqləyib.

Qeyd edək ki, şouda Loqanın tərəf müqabili olan, Dame Hilda Bracket obrazını canlandıran. Petrik Fayf, 2002-ci ildə 60 yaşında vəfat edib.

Cütlük, həmçinin, iki “Royal Variety” şousunda çıxış edib.

Xatırladaq ki, onlar 1978-ci ildən 1981-ci ilə qədər BBC One seriyalı “Hinge and Bracket” və 1983-cü ildən 1984-cü ilə qədər BBC Two seriyalı olan “Dear Ladies” serialında oynayıblar.

Share: