Hindistanlı milyarder “Liverpul”un yeni sahibi ola bilər

Hindistanlı milyarder Mukeş Ambani “Liverpul” futbol klubunun yeni sahibi ola bilər.

Hazırda o, dünyanın ən zəngin 10 adamı sırasındadır və sərvəti 102 milyard avro dəyərində qiymətləndirilir.

Məlumata görə, Ambani artıq klubu satmaq təklifini araşdırıb və tələb olunan məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, bir müddət əvvəl klubun hazırkı sahibi, “Fenway Sports Group”un rəhbəri Con Henri “Liverpul”u 4,6 milyard avroya satmağa hazır olduğunu bildirib.

Mənbə: mk.ru

Share: