Hindistanın Xarici İşlər naziri: “Qərb Hindistanın Ukrayna üzrə mövqeyilə barışmalı olacaq”

Hindistan Qərbin Pakistana münasibətdə siyasətilə barışmağa necə məcburdursa, onlar da Yeni Dehlinin Ukrayna ilə bağlı mövqeyilə barışmağa məcbur olacaqlar.

Bunu Hindistanın Xarici İşlər naziri Subramanyam Cayşankar deyib.

Onun sözlərinə görə, Hindistanın Qərb ölkələrilə tarixən fikir ayrılıqları olub: “Fikir ayrılıqları arta və ya azala bilirdi, amma onlar heç vaxt yoxa çıxmayıb. Qərb Hindistanın Ukrayna ilə bağlı mövqeyilə barışmalıdır”.

Nazir əlavə edib ki, Yeni Dehli münaqişənin nizamlanması üçün dəfələrlə dialoq və diplomatiyaya dəvət edib.

Xatırladaq ki, daha əvvəl Hindistan BMT Təhlükəsizlik Şurasında Baş Assambleyanın Ukrayna böhranına həsr olunmuş sessiyasının çağırılması məsələsi üzrə səsvermə zamanı bitərəf qalıb.

Mənbə: TASS

Share: