Hindistanda sərnişin avtobusu uçuruma aşdı — Xeyli sayda ölən və yaralananlar var

Hindistanın Uttarakhand əyalətində sərnişin avtobusu 500 metr hündürlükdən dərəyə aşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb.

Bildirilib ki, avtomobil tutumundan çox sərnişin daşıdığı üçün yuvarlanıb.

Hadisə yerinə çoxlu sayda ilkin tibbi yardım və xilasetmə qrupları göndərilib.

Baş nazir Puşkar Sinq Dhami qəzada həyatını itirənlərə görə üzüldüyünü və ölənlərin ailələrinə maddi yardım ediləcəyini bildirib.


Share: