Hindistan və Pakistan arasında nüvə obyektlərinə və məhbuslara dair məlumat mübadiləsi aparılıb

Hindistan və Pakistanın hakimiyyət orqanları bazar günü iki ölkənin nüvə obyektlərinin, habelə qonşu ölkədə həbsdə olan vətəndaşların siyahılarını mübadilə ediblər.

Məlumata görə, siyahıların ötürülməsi diplomatik kanallar vasitəsilə eyni vaxtda iki qonşu dövlətin paytaxtında həyata keçirilib.

Siyahıların mübadiləsi nüvə obyektlərinə hücumların qarşısının alınmasına dair 1988-ci il müqaviləsinə uyğun olaraq həyata keçirilib. 1991-ci il yanvarın 27-də qüvvəyə minən sənəd Cənubi Asiyanın iki qonşu nüvə dövlətinin hər ilin əvvəlində öz ərazilərindəki nüvə obyektlərinə hücumların qarşısını almaq üçün bir-birini xəbərdar etməsini nəzərdə tutur. Bu, regionda təhlükəsizliyi qorumaq üçün ən vacib tədbirlərdən biri hesab olunur.

Bildirir ki, iki ölkə arasında belə siyahıların mübadiləsi artıq otuz ikinci dəfə baş tutub. İlk belə hadisə 1992-ci il yanvarın 1-də olub.

Hindistan və Pakistan tərəfləri həmçinin öz ərazilərindəki həbsxanalarda olan qarşı tərəfin vətəndaşlarının siyahılarını da mübadilə ediblər. 2008-ci il tarixli sazişin müddəalarına uyğun olaraq, belə siyahıların mübadiləsi hər il yanvarın və iyulun 1-də həyata keçirilir.

Mənbə: TASS

Share: