Hindistan hərbi “Apache” helikopteri qəzaya uğrayıb

Hindistanın “AH-64E Apache Guardian” hücum helikopteri Çinlə sərhəddə Şərqi Ladaxda manevrlər zamanı göyərtədə yaranan nasazlıq səbəbindən sərt eniş edib.

xəbər verir ki, bu barədə “The Times of India” qəzeti hərbi hava qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, helikopterin iki pilotu yaralanıb. Dağlıq ərazidə sərt eniş nəticəsində helikopter zədələnib. Qəzanın səbəbləri araşdırılır.

Share: