Hillari Klinton və digər tanınmışlar Venesiya kinofestivalının açılışında — Fotolar

Avqustun 31-də İtaliyada 79-cu Venesiya kinofestivalının açılışı baş tutub.

Müstəqil.Az xəbər verir ki, qırmızı xalçaya Katrin Denev, Hillari Klinton, Culiana Mur, Alessandra Ambrosio, Melani Loran və digərləri çıxıb.

Bu il kinofestivalı rejissor Noa Baumbahın “White Noise” filmi açıb. Ekran işində baş rolları Adam Drayver və Qreta Gerviq canlandırıblar.

Ümumilikdə kinofestivalda 19 kinematoqrafçının filmi nümayiş etdiriləcək. Onların arasında Lars fon Triyer, Pol Şreder, Kim Ki Duk və digərləri var.

Bu il beynəlxalq münsif heyətinə aktrisa Culiana Mur rəhbərlik edir.

Müstəqil.Az

Share: