Heydər Əliyev ölkələrimizi və xalqlarımızı birləşdirən şəxsiyyətdir

“Bu il istər Azərbaycan tarixində, istərsə də ümumi tariximizdə şanlı yubiley, Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunur. Bu münasibətilə keçirilən təntənəli tədbirdə iştirak etməkdən çox şadam”.

-nın Moskva müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev ölkələrimizi və xalqlarımızı birləşdirən şəxsiyyətdir: “Çünki Heydər Əliyev Sovet İttifaqının da görkəmli dövlət xadimi idi. 1993-cü ildə o, gənc Azərbaycan Respublikasına rəhbərlik edərək onu mütərəqqi inkişaf yolu ilə, Rusiya ilə mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi yolu ilə inamla irəli apardı. Bu gün də biz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətini, eyni zamanda əsasını qoyduğu Rusiya ilə Azərbaycan arasında dövlətlərarası və müttəfiqlik münasibətlərində böyük xidmətini görürük”.

Qeyd edək ki, bu gün Moskvada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi ilə birgə təşkil etdiyi tədbirdə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin, Dövlət Dumasının MDB komitəsinin sədri Leonid Kalaşnikov, Federasiya Şurasının üzvü İlyas Umaxanov və Rusiyanın digər rəsmi və ictimai şəxsləri iştirak ediblər.

Share: