Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar konfrans keçirildi

Bu gün Bakı şəhər və tabe rayon prokurorluqlarının əməkdaşlarının iştrakı ilə “Azərbaycan dövlətçiliyinin xilasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfrans iştirakçıları dövlət xadimi Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun əziz və unundulmaz xatirəsini yad edib.

Bakı şəhər prokuroru Elşən Abbasov xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, ölkə müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyə qarşı yönələn qəsdlərin qarşısının alınmasında rolu barədə çıxış edib.



Share: