Heydər Əliyev prospektində DƏHŞƏTLİ QƏZA: avtomobil tunelə düşdü – FOTO/VİDEO

Bu gün səhər saatlarında Heydər Əliyev prospektində avtomobilin körpüdən tunelə aşması səbəbi məlum olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Publika.az-a açıqlamasında bildirib ki, kamera görüntülərinə əsasən qəzaya səbəb sürücünün sürət həddini aşmasıdır:

“Hadisə baş verən ərazidəki kamera görüntülərini izlədim və həmin görüntülərdə avtomobilin sürətinin yüksək olduğu anlaşılır. Belə ki, Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində hərəkət edən sürücü sürət həddini aşıb və Yusif Səfərov küçəsinə sağa dönərkən idarəetməni itirib. Sürət həddini nə qədər aşması bəlli deyil, amma kamera görüntülərində idarəetməni itirdiyindən tunelə düşdüyü görünür”.

V.Əsədov bildirib ki, xoşbəxtlikdən həmin ərəfədə ərazidə başqa maşın olmayıb:

“Hadisə baş verəndə avtomobildə sürücüdən başqa bir nəfər də olub. Onlardan biri xəsarət alıb, digərinin vəziyyəti isə qənaətbəxşdir. Hadisədən sonra ərazidə 20 dəqiqə sıxlıq yaşandı, vaxtında görülmüş tədbirlər nəticəsində ərazidə avtomobillərin rahat hərəkəti bərpa edildi. Hadisə ilə əlaqədar Xətai Rayon Polis İdarəsində araşdırma aparılır”.

***

Bu gün səhər saatlarında Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində dəhşətli avtomobil qəzası baş verib.

Hadisə şahidlərinin Publika.az-a verdiyi məlumata görə, Babək prospektindən şəhər istiqamətinə hərəkət edən “Kia Cerato” markalı avtomobil Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsindəki tuneldə bardürü aşıraraq tunelə düşüb.

Şahidlərin sözlərinə görə, avtomobildə sürücüdən başqa heç kim olmayıb. O, sərnişinlərin köməyi ilə maşından çıxarılıb.

Share: