Heminqueyin yaddaşlara yazılan 14 AFORİZMİ

Kulis.az məşhur yazıçı, Nobel mükafatı laureatı Ernest Heminqueyin ən məşhur 14 aforizmini təqdim edir.


Bu dünyada bir həmdərdiniz olmalıdır, yoxsa məhv olarsınız.

İnsan məğlub olmaq üçün yaradılmayıb.

Uduzduqdan sonra hər şey daha asan olur.

Harda olursan ol, öz iç dünyana sığınmalısan.

Düşünən hər insan ateistdir.

İki insan bir-birini sevirsə, deməli, xoşbəxt sonluq yox deməkdir.

Bütün həyatım boyunca sözlərə onları ilk dəfə görürmüş kimi maraqla baxdım.

Cəsarət təhlükənin üstünə getmək deyil, onunla mülayim rəftar etməkdir.

Həyat haqqında yaza bilmək üçün əvvəlcə onu yaşamalısan.

Sərxoş olanda dediklərinizi həmişə ayıq başla deyin. O zaman sakit durmağı öyrənərsiniz.

Hər insan həyatı eyni sonluqla bitər. Bir insanı o birindən ayıran necə yaşadığı və necə öldüyüdür.

Əxlaq haqqında inandığım şey budur: bir şeyi etdikdən sonra özünü yaxşı hiss edirsənsə, bu əxlaqidir. Yox, etdiyin hərəkətə görə özünü pis hiss edirsənsə, bu qeyri-əxlaqidir.

Həyatda ən gözəl şey bütün qüsurlarınızı bilməklə bərabər sizin möhtəşəm olduğunuzu düşünən birisinin var olmağıdır.

İtirəcək heç nəyin olmayanda həyatını idarə etmək asanlaşacaq.

Share: