Helikopter qəzasında Jurnalist yanaraq öldü


Braziliyada helikopterin qəzaya uğraması nəticəsində ölkənin məşhur jurnalisti Rikardo Boyexat həlak olub.

Müstəqil.Az xəbər verir ki, bu barədə kanal “Qlobo” məlumat yayıb.

Bildirilib ki, kiçik helikopter şossedə, yük maşının yaxınlığında yerə çırpılıb.

Daha sonra başlayan yanğın nəticəsində pilot və jurnalist yanaraq ölüb.

Qəzanın səbəbləri araşdırılır.

Müstəqil.Az

Share: