“Hatayda tanışlarımın yarısını itirdim” — Volkan Dəmirəl

Türkiyədə zəlzələ qurbanlarına dəstək məqsədilə TV-8 telekanalında təşkil olunan “Omuz-omuza” adlı yardım kampaniyasına qatılan Volkan Dəmirəl zəlzələdən sonra yaşadığı təsirli hadisələr barədə ilk dəfə açıqlama verib. 

“Qafqazinfo” xəbər verir ki, o, bundan sonra hər kəsin əlini vicdanının üstünə qoyaraq hərəkət etməli olduğunu bildirib:

“Daha deyəcək bir şey yoxdur. Bu müddətdən sonra sözlər bir kənara qoyulmalıdır, işlər görülməlidir. Əminəm ki, Türkiyəyə hamı nə isə kömək etmək istəyir. Amma bu, kifayət deyil, təəssüf ki, kifayət deyil. Orada problemlər hələ də davam edir. Ona görə də Türkiyə bayrağı altında hər kəsdən bu kampaniyalara bacardığımız qədər dəstək olmalarını xahiş edirəm… Bu, hamımızın acısıdır, mən təsəvvür edin ki, Hatayda tanışlarımın yarısını itirdim”. 


Share: