Tanınmış jurnalist Aydın Canıyev özünün feysbuk səhifəsində məşhur tele-jurnalist Mir Çahinin verlişləri haqda xoş sözlər işlədib.
Müstəqil.Az statusu olduğu kimi yayınlayır:
Mir Şahinin bu və bundan öncəki (GEMİ haqqında olanı) verilişi xarici bir jurnalist çəkib efirə versəydi, ölkənin ciddi adamları yığışıb onu “ilin jurnalisti” elan edərdilər.
Bizdə söyürlər, təhqir edirlər – çünki bizdəki ciddi adamlar o “hər hansı ölkə”nin “ciddi adamları”yla eyni statusda – ağılda, məfkurədə, təfəkkürdə deyil!
Böyük məmnuniyyətlə bu iki verilişə görə Mir Şahinə açılan “söyüş atəşləri”nə sinəmi sipər edərdim.
İndi verilişin adı “Mir Şahinin vaxtı”dır, amma zamanı gələndə Mir Şahinin bizə ayırdığı vaxtına dəyər vermədiyimizə görə, Mir Şahinin vaxtı və baxtı bizim məğlubiyyətlərimizin acı nalələri üstündə qəhqəhə çəkəcək!
Bu qədər bəsit və… faciəli!
Bu verilişlərə qərəzlə, tərəfsiz və vicdanlı baxmaq lazımdır. Hətta qərəzli, tərəfli və əclafcasına vicdansız saysaq da!
Mən tarix üçün paylaşdım, baxmayaraq ki, rəğbət bəslədiyim insanların da adı hallanır!