Dünyada koronavirusdan ölənlərin sayı 400 mini ötdü

Dünyada COVID-19-a yoluxma nəticəsində ölüm hallarının ümumi sayı 400 126-ya çatıb.

Müstəqil.Az xarici KİV-ə istinadən bildirir ki, koronavirusa yoluxanların sayı isə 6 920 143-dür.

İndiyədək 3 388 286 insan xəstəlikdən sağalıb.

Hazırda virusa yoluxmuş 53 598 pasiyent ağır vəziyyətdədir.

Ən çox yoluxma və ölüm halları ABŞ-da, Braziliyada, Rusiyada, İspaniyada və Böyük Britaniyada qeydə alınıb.

***13:53

Dünyada koronavirusa yoluxanların sayı 6 863 044 nəfərə çatıb.

Müstəqil.Az  xəbər verir ki, pandemiya qurbanlarının sayı 398 499 nəfərə yüksəlib.

İndiyədək virusa yoluxan 3 361 787 pasiyent sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Müstəqil.Az

Share: