Hamilə qadına yardıma gedən helikopter qəzaya düşdü

İranın qərbindəki Çaharmahal və Bəxtiyari ostanındakı Şəhr-e Kord şəhəri yaxınlığında helikopter qəzaya düşüb.

Müstəqil.az xəbər verir ki, xilasetmə helikopterinin qəzaya düşməsi nəticəsində 5 nəfər həlak olub. Onlardan 3-nün pilot, ikisinin isə xilasetmə işçisi olduğu vurğulanıb.

Helikopterdəki briqada hamilə qadına yardım göstərmək üçün gedirmiş. Havaya qalxdıqdan bir neçə dəqiqə sonra isə qəzaya uğrayıb.

 

Share: