Hamburq hava limanına silahlı şəxs daxil oldu — Uçuşlar ləğv edildi

Almaniyanın Hamburq hava limanında silahlı şəxs hava limanının darvazasını sındıraraq avtomobillə aerodroma daxil olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs havaya 2 atəş açıb.

Hadisədən sonra hava limanı bağlanıb, uçuşlar ləğv edilib və federal polis ən yüksək hazırlıq vəziyyətinə gətirilib.


Share: