Hakan Fidan Blinkenlə Qəzzada humanitar böhranı müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən diplomatik mənbə bildirib.

Danışıq ABŞ tərəfinin xahişi ilə baş tutub.

Tərəflər Qəzzada humanitar böhran və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə edib.

Share: