Haftar ordusu dinc əhalini raketlə vurdu

Liviyada qiyamçı Xəlifə Haftara bağlı qüvvələr paytaxt Tripolidə mülki əhalini hədəf alıb.

Müstəqil.Az  xəbər verir ki, paytaxtın bir neçə yaşayış məntəqələrinə 30 yaxın raket zərbəsi endirilib.

Nəticədə 11 dinc sakin yaralanıb.

Qeyd edək ki, digər tərəfdən hökumətə bağlı qüvvələr Tarhuna şəhərinə doğru irəliləməkdə davam edir. Son məlumata görə, artıq Haftar ordusu şəhərdən çıxmağa başlayıb.

Samir Soltanov

 

 

Share: