Hacıqabulda XI sinif şagirdi dəm qazından boğuldu

Hacıqabul rayonunda faciə baş verib.

Modern.az ONA-ya istinadən xəbər verir ki, Hacıqabul sakini, Əsədova Şövkət Adil qızı Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evinin vanna otağında dəm qazından  boğularaq ölüb.

 

Onun 11-ci sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.az

 

Share: